Ustanın pulunu vermədilər, o da


Digərləri 13 Avq 2018 11:24:00 254 0

Ustanın pulunu vermədilər, o da

Çalışdığı inşaat başa çatandan sonra ev sahiblərindən pulunu ala bilmədiyinii iddia edən 31 yaşlı usta 3 evi viran qoyub.

Son.az Daily Mail-ə istinadən bildirir ki, olay İngiltərənin Hartfordşir qraflığındakı Bantinqford şəhərində yaşanıb.

Polisdən verilən məlumata görə, 31 yaşlı usta qonşu olan 3 evin tikintisində 5 ay işləyib. O, evlərin damlarını vurub, pəncərələrini qoyub, rəngsaz işlərini yerinə yetirib.

Evlər hazır olandan sonra isə usta ev sahiblərinin vədləri ilə üzləşib, ona çatası pulu ala bilməyib. Ev sahibləri hər dəfə bir bəhanə ilə ustanı get-gələ salıblar.


Xəbərə aid fotolar