Dostu ilə konsertə gəldi, inzibatçı yumruqla öldürdü


Digərləri 13 Avq 2018 11:16:00 224 0

Dostu ilə konsertə gəldi, inzibatçı yumruqla öldürdü

Müştərini yumruqla öldürən inzibatçı cəzasının azaldılması məqsədi ilə Ali Məhkəməyə müraciət edib.

Son.az "ölkə.az"-a istindən bildirir ki, bu gün cinayət məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərərvurma, ehtiyyatsızlıqdan zərərçəkmişin şəxsin ölümünə səbəb olduqda) maddəsiylə məhkumluq həyatı yaşayan Musayev Fərhad Moşu oğlunun məhkəmə prosesi hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçiriləcək. 

İttiham aktına görə, hadisə 2017-ci il martın 26-da paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb. Belə ki, Xırdalan şəhərinin "Quşçuluq" yaşayış sahəsində yaşayan Rahil Məlikovun evində dostu Telman Məmmədovun üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Dərhal araşdırmalara başlayan polis müəyyən edib ki, həmin gecə Telman Məmmədov paytaxtın Nəsimi rayonu, Bül-Bül prospektindəki, "Do Re Mi" barının inzibatçısı - Bakı şəhər sakini Fərhad Musayevlə mübahisə edib.

Fərhad Musayev dostu ilə birgə Telman Məmmədovu Xırdalandakı evinə gətirib. Bir neçə saat ağır vəziyyətdə qalan Telman Məmmədov orada dünyasını dəyişib.