Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib


Digərləri 13 Avq 2018 11:14:00 271 0

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsinə start verilib

Bakı. İlhamə İsabalayeva - Bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun - müsahibə mərhələsinə start verilib. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 18-dək davam edəcək bu mərhələdə Azərbaycan dili və ədəbiyyatı, Azərbaycan dili, ibtidai sinif, fiziki tərbiyə, informatika, kimya, fizika, texnologiya, alman dili, fransız dili, rus dili və ədəbiyyatı, rus dili, biologiya, riyaziyyat, coğrafiya, ingilis dili, tarix, musiqi və təsviri incəsənət fənləri üzrə keçiriləcək müsahibələrdə 4337 namizədin iştirakı nəzərdə tutulub.