İspaniyada konsert zamanı faciə


Dünya 13 Avq 2018 10:51:00 249 0

İspaniyada konsert zamanı faciə

İspaniyanın Viqo şəhərində konsert zamanı taxta konstruksiyanın uçulması nəticəsində təxminən 130 adam xəsarət alıb.

Son.az Trend-ə istinadən bildirir ki, qəza axşam saatlarında "O Marisquiño" festivalı çərçivəsində keçirilən konsert zamanı baş verib.

Taxta platforma konsert iştirakçılarının ağırlığına dözməyib və səhnə dənizə aşıb. Bir çoxlarının suya düşdüyü bildirilir.

Xəsarət alanlar dərhal xəstəxanaya yerləşdirilib. 4 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Hadisə ilə bağlı polis tərəfindən araşdırmalar başlayıb.