İspaniyada konsert zamanı faciə - 130 yaralı


Digərləri 13 Avq 2018 10:29:00 237 0

İspaniyada konsert zamanı faciə - 130 yaralı

İspaniyanın Viqo şəhərində konsert zamanı taxta konstruksiyanın uçulması nəticəsində təxminən 130 adam xəsarət alıb.

Bakı. İspaniyanın Viqo şəhərində konsert zamanı taxta konstruksiyanın uçulması nəticəsində təxminən 130 adam xəsarət alıb. Trend-in məlumatına görə, qəza axşam saatlarında "O Marisquiño" festivalı çərçivəsində keçirilən konsert zamanı baş verib. Taxta platforma konsert iştirakçılarının ağırlığına dözməyib və səhnə dənizə aşıb. Bir çoxlarının suya düşdüyü bildirilir.