Azərbaycanın “Qırmızı Kitabı”na daxil olan quşu qanunsuz saxlayan şəxs cərimələnib


Digərləri 13 Avq 2018 09:47:00 235 0

Azərbaycanın “Qırmızı Kitabı”na daxil olan quşu qanunsuz saxlayan şəxs cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları “Heyvanlar aləmi haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reyd keçiriblər.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları “Heyvanlar aləmi haqqında” qanunun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə növbəti reyd keçiriblər. Nazirlikdən Trend-ə verilən məlumata görə, reyd zamanı Oğuz rayonu Kərimli kəndi ərazisində kənd sakini Elçin Babayevdə qanunsuz olaraq təbiətdən götürülən, Azərbaycanın “Qırmızı Kitabı”na daxil olan qara çalağan quşu aşkar edilib.