Bu gün 27 dərəcə isti, buludlu hava olacaq


Digərləri 13 Avq 2018 09:21:00 265 0

Bu gün 27 dərəcə isti, buludlu hava olacaq

Bu gün bəzi bölgələrdə arabir yağış yağacağı gözlənilir.

Paytaxtdakı havaya gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 24-27° isti təşkil edəcək.

Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) mülayim şimal-qərb küləyi arabir güclənəcək, dəniz suyunun temperaturu 23-24° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də mülayim şimal-qərb küləyi arabir güclənəcək.