Balakəndə itən şəxsin axtarışları aparılır


Digərləri 13 Avq 2018 09:25:00 196 0

Balakəndə itən şəxsin axtarışları aparılır

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun 10.08.2018-ci il tarixində Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşməsi barədə məlumat daxil olub.

Son.az bildirir ki, FHN-dən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin xilasediciləri S.Ramazanovun axtarışlarına cəlb olunub.

Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.