Bu gün 27 dərəcə isti, buludlu hava olacaq


Digərləri 13 Avq 2018 09:11:00 233 0

Bu gün 27 dərəcə isti, buludlu hava olacaq

Bu gün bəzi bölgələrdə arabir yağış yağacağı gözlənilir.

Bakı. Bu gün bəzi bölgələrdə arabir yağış yağacağı gözlənilir. Paytaxtdakı havaya gəlincə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 24-27° isti təşkil edəcək.