Bu gündən qatarlarda plastik ödəniş kartları tətbiq ediləcək


Digərləri 13 Avq 2018 09:19:00 197 0

Bu gündən qatarlarda plastik ödəniş kartları tətbiq ediləcək

Bu gündən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarında elektron plastik ödəniş kartları tətbiq ediləcək

Bakı. Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarından istifadə edən sərnişinlərin məmnunluğunun təmin edilməsi və sərnişinlərə göstərilən xidmət mədəniyyətinin yüksəldilməsi məqsədi ilə 13.08.2018-ci il tarixdən etibarən həmin qatarlarda bilet satışı sistemi ilə yanaşı elektron plastik ödəniş kartları tətbiq ediləcək. Azərbaycan Dəmir Yolları QSC-dən Trend-ə verilən məlumata görə, yeni ödəniş sistemində sərnişin elektron gediş kartı alacaq, balansı artıracaq və istifadə etdikcə, məsafəyə uyğun olaraq vəsait kartın balansından silinəcəkdir. Başqa sözlə, hər dəfə kassadan bilet almağa ehtiyac olmayacaqdır. Bir plastik kart bir sərnişin üçün nəzərdə tutulub.