Fransada planer qəzaya uğrayıb, ölənlər var


Dünya 13 Avq 2018 08:59:00 260 0

Fransada planer qəzaya uğrayıb, ölənlər var

Fransanın Yuxarı Alplar departamentində planer qəzaya uğrayıb.

Son.az Trend-ə istinadən bildirir ki, yerli vaxtla saat 13:30-da Sen-Bonne-an-Şansor kommunasında baş verən qəzada 2 nəfər həlak olub.

Həlak olanlar 50-yaşlı kişi və yeniyetmə olub. Onların Avstriya vətəndaşı olduğu bildirilir.