Tayvanda xəstəxanada yanğın olub:


Dünya 13 Avq 2018 08:19:00 245 0

Tayvanda xəstəxanada yanğın olub:

Tayvanın Cinbey şəhərinin xəstəxanalarının birində güclü yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, yanğın nəticəsində azı 9 nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb. İnsident gecə saatlarında məlum olmayan səbəbdən xəstəxananın 7-ci mərtəbəsində baş verib.

Yanğın barədə məlumat yerli vaxtla saat 04:36-da yanğınsöndürmə xidmətinə daxil olub. Hadisə yerinə 79 texnika və 243 yanğınsöndürən gəlib və yanğın saat 05:27-də nəzarət altına alınıb.