Tayvanda xəstəxanada yanğın olub: 9 ölü, 16 yaralı
Digərləri 13 Avq 2018 08:05:50 229 0
Tayvanın Cinbey şəhərinin xəstəxanalarının birində güclü yanğın baş verib
Bakı.
Tayvanın Cinbey şəhərinin xəstəxanalarının birində güclü yanğın baş verib.
Trend-in məlumatına görə, yanğın nəticəsində azı 9 nəfər həlak olub, 16 nəfər isə xəsarət alıb. İnsident gecə saatlarında məlum olmayan səbəbdən xəstəxananın 7-ci mərtəbəsində baş verib.
Mənbə: az.trend.az