Rumıniya Xəzər regionundan yeni qaz nəqli dəhlizi haqqında


Digərləri 13 Avq 2018 07:07:00 252 0

Rumıniya Xəzər regionundan yeni qaz nəqli dəhlizi haqqında

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan AGRI (Azerbaijan-Georgia-Romanian Interconnector) qaz kəmərləri sistemi layihəsi Rumıniya və Avropa İttifaqı (Aİ) üçün vacib layihə olaraq qalır.

Son.az bildirir ki, bu barədə Trend-ə Rumıniya hökümətindən mənbə bildirib.

Mənbə deyib: "AGRI layihəsi özündə enerji təhlükəsizliyi (enerji ehtiyatlarının tədarükü mənbələrinin və marşrutlarının diversifikasiyası yolu ilə) və Aİ-nin Enerji birliyinin əsas məqsədlərindən biri olan regional əməkdaşlıq komponentini özündə birləşdirən Qara dəniz regionunda unikal təşəbbüsdür. Bu səbəblərlə AGRI Ruməniya və Aİ üçün vacib layihə kimi qalır. Daha geniş mənada AGRI mayeləşdirilmiş təbii qazın tədarükü ilə Aİ-nin enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək və bu, Avropa Komissiyasının strategiyasının məqsədlərinə uyğundur".

Agentliyin sözçüsü qeyd edib ki, AGRI idxal edilən qazın Aİ bazarına yeni giriş nöqtəsi kimi xidmət edəcək Xəzər regionundan yeni qaz nəqli dəhlizinin açılmasını nəzərdə tutur: "Dəhliz qaz mənbəyini Aİ-nin qaz bazarı ilə birləşdirən ən qısa, ən düz və müstəqil qaz nəqliyyat marşrutu kimi xüsusi olaraq hazırlanıb. Qara dənizdə mühüm karbohidrogen ehtiyatlarının açılışı layihəyə əlavə əhəmiyyət verə bilər. Bundan əlavə, AGRI BRUA (Bolqarıstan-Rumıniya-Macarıstan-Avstriya) kəməri üçün əlavə budaq kimi nəzərdən keçirilə bilər".