Tamaşaçı: Bədii gimnastika üzrə yarışları məmnuniyyətlə izləyirik


Digərləri 13 Avq 2018 01:18:00 329 0

Tamaşaçı: Bədii gimnastika üzrə yarışları məmnuniyyətlə izləyirik

Yarışları məmnuniyyətlə izləyirik və böyük zövq alırıq

Bakı. Cani Babayeva - Yarışları məmnuniyyətlə izləyirik və böyük zövq alırıq. Bu barədə Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin tamaşaçısı Səbinə Həsənova bildirib. S.Həsənova hesab edir ki, Azərbaycanda idman inkişaf edir: "Əlbəttə, xoşdur ki, ölkədə gimnastika belə yaxşı səviyyədədir". Tamaşaçı qeyd edib ki, yarışlar çox yaxşı təşkil olunub: "Uşaqların bu idman növünü sevməsini görmək xoşdur. Bilirəm ki, Azərbaycanda çox güclü məşqçilər var". Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin sonuncu günü baş tutub.