Azərbaycanlı gimnast Nərminə Səmədova öz çıxışından razı qalıb


Digərləri 13 Avq 2018 00:49:00 433 0

Azərbaycanlı gimnast Nərminə Səmədova öz çıxışından razı qalıb

Hər şeydən çox Milli Gimnastika Arenasında çıxış etməkdən xoşum gəlir

Bakı. Cani Babayeva - Hər şeydən çox Milli Gimnastika Arenasında çıxış etməkdən xoşum gəlir. Bu barədə Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin 2003-2005-ci il təvəllüdlü gimnastları arasında gürzlər ilə hərəkətlərdə birinci yeri tutan "Ocaq Sport" klubunun üzvü Nərminə Səmədova bildirib. N.Səmədova deyib: "Milli Gimnastika Arenası rahatdır, böyük zalı var. Burada çox sayda tamaşaçı var və onları azarkeşlik etməsi çıxış etməyimizi asanlaşdırır". Nərminə Səmədova yarışlarda çıxışından razı qalıb, lakin hesab edir ki, bəzi hərəkətləri daha yaxşı yerinə yetirə bilərdi: "Top, halqa və gürzlər ilə hərəkətlərdə çıxışımdan razıyam, lakin lentlə hərəkətlərdə daha yaxşı çıxış edə bilərdim. Böyük uğurlar qazanmaq üçün çalışmağa davam edəcəm". Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin sonuncu günü baş tutub.