Çexiya ordusu terror aktının təşkilatçılarının axtarışına başlayıb


Dünya 12 Avq 2018 23:45:00 398 0

Çexiya ordusu terror aktının təşkilatçılarının axtarışına başlayıb

Çexiya ordusu Əfqanıstanda intiharçının törətdiyi terror aktının təşkilatçılarını tapmaq niyyətindədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, terror aktı nəticəsində Baqram hərbi bazası yaxınlığında patrul xidmətində olan Çexiyanın üç hərbi qulluqçusu həlak olub, iki əfqan və bir amerikalı ağır yaralanıb.

Çexiyanın NATO üzrə tərəfdaşları da axtarışlara qoşulacaq. Bu barədə jurnalistlərə məlumat verən Çexiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Aleş Opata deyib ki, ordu bu məqsəd üçün ilk növbədə artıq Əfqanıstanda xidmətdə olan əsgərlərdən istifadə etmək istəyir. Hazırda Çexiya hərbçilərindən heç biri Əfqanıstandan vətənə vaxtından əvvəl dönmək istədiyini bildirməyib.