Azərbaycanlı gimnast: Milli Gimnastika Arenasında çıxış etdiyimə görə xoşbəxtəm


Digərləri 12 Avq 2018 23:43:14 274 0

Azərbaycanlı gimnast: Milli Gimnastika Arenasında çıxış etdiyimə görə xoşbəxtəm

Milli Gimnastika Arenasında tamaşaçılar çox dəstək verir, bu isə bizə çıxış etməyə kömkəklik göstərir

Bakı. Cani Babayeva - Milli Gimnastika Arenasında tamaşaçılar çox dəstək verir, bu isə bizə çıxış etməyə kömkəklik göstərir. Bu barədə Trend-ə bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinin 2006-2007-ci il təvəllüdlü gimnastları arasında qrup yarışmalarında birinci yeri tutan "Ocaq 1" komandasının üzvü Leyli Ağazadə bildirib. L.Ağazadə qeyd edib: "Nəticədən çox razıyam, biz çox məşq etmişik, yarışlara hazırlaşmışıq. Çıxış etmək bir az qorxulu idi, amma xalça üzərinə çıxdıqdan sonra özümüzü topladıq və layiqli çıxış etdik. Ümid edirəm ki, məşqçilər bizə görə şaddılar". Gimnast vurğulayıb ki, Milli Gimnastika Arenasında çıxış eməyinə görə xoşbəxtdir: "Milli Gimnastika Arenasına çıxış etməkdən çox xoşum gəlir - buranın zalı böyük və çox rahatdır. Tamaşaçılar həmişə azarkeçlik edir və dəstəkləyir, bu isə çox kömək edir".