Mağazada baxış vasitəsilə alışveriş etmək mümkün olacaq


Digərləri 12 Avq 2018 22:35:00 280 0

Mağazada baxış vasitəsilə alışveriş etmək mümkün olacaq

Çində "Taobao" internet mağazası "Microsoft HoloLens" ilə birgə "Taobao MT Buy" adlı əlavə reallıq eynəyinin köməyilə alış-veriş etməyə imkan verəcək.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, eynək cari ilin sentyabrında satışa çıxarılacaq. Alıcılar eynəyi əl və gözlərin hərəkəti ilə idarə edə biləcək. Bundan başqa, eynək məhsulun mövcudluğunu və qiymətini, həmçinin mümkün çatışmazlığı və rəyləri göstərəcək.