Leysan yağışlar şimalqərb bölgəsinə ziyan vurub VİDEO


Digərləri 12 Avq 2018 21:45:00 362 0

Leysan yağışlar şimalqərb bölgəsinə ziyan vurub  VİDEO

Dünən axşam saatlarından başlayaraq Qax rayonunun dağlıq ərazilərinə yağan güclü leysan yağışları çaylarda su səviyyəsini artırıb. Xüsusən Kürmük və Ərdəva çaylarında daşqınlar əmələ gəlib.

Son.az bildirir ki, Çinarlı kəndini şəhərlə birləşdirən yeganə çıxış yolu, betondan quraşdırılmış keçidi sel-suları yuyub aparıb.Yerli bələdiyyə və müvafiq idarələr axşamdan texnikanın köməyi ilə kəndin sel təhlükəsi olan yerlərini mühafizə edib. Təcili ehtiyacı olanlar traktor və xüsusi texnika vasitəsilə daşınıb.

Zaqatalada da selin törətdiyi fəsadların aradan qaldırılması yönündə işlər davam edir. Aidiyyatı qurumlar tərəfindən gücləndirilmiş rejimdə iş aparılır.

Sel suları əsasən rayon mərkəzinə su ötürən su hövzələrinə də ciddi ziyan vurub. Nəticədə Rayon mərkəzində yaşayan 32 min əhaliyə içməli suyun verilişi dayandırılıb.