Ötən yüz ilin ən möhtəşəm səsi: məşhur müğənninin faciəvi həyatı FOTO


Digərləri 12 Avq 2018 19:59:00 243 0

Ötən yüz ilin ən möhtəşəm səsi: məşhur müğənninin faciəvi həyatı  FOTO

Son yüzilin ən möhtəşəm səslərindən biri olan Uitni Hyustonun faciəvi bir həyatı olub.

Son.az oxu.az-a istinadən onunla bağlı az bilinən bir çox informasiyanı sizinlə paylaşır.

Uitni Sissi Hyuston adlı müğənninin qızı olaraq 9 avqust 1963-cü ildə dünyaya gəlib.

İlk dəfə ailəsinin istəyilə kilsə xorlarında çıxış edib. Səhnədə ilk solo çıxışı isə  11 yaşında olub.

Əvvəllər anasının və bir neçə ifaçının "back vocal"ı olsa da, eyni zamanda modellik də edirdi.

"Glamour", "Seventeen" kimi dərgilərin üz qabığına da çəkilmişdi. Digər tərəfdən isə səsini inkişaf etdirirdi.

Səhnəyə çıxarkən məşhur prodüser Klayv Devisin diqqətini çəkir. Klayv onu öz komandasına dəvət edir və iki il Uitnini bir ulduz olaraq hazırlamağa başlayır.

İlk hiti 1984-cü ildə "Hold me" adlı mahnı olur. Daha sonra "Saving all my love for you", "Greatest love of all" ve "How will i know" kimi mahnılar da ABŞ-da "Billboard Hot 100" siyahısında zirvəyə yerləşir.

Həmçinin, "Saving all my love for you" mahnısı sənətçiyə üç nominasiya üzrə yarışdığı "Grammy"də ilk mükafatını qazandırır.

Eyni il Stiv Vonder, Maykl Cekson, Rey Çarlz və bir çox məşhurla "We are the world" adlı mahnını səsləndirir.

İki il sonra ikinci solo albomu - "Whitney" işıq üzü görür. Bu albomla da o, ikinci "Grammy" mükafatını qazanır.

19 milyondan çox satılan albomda "I wanna dance with somebody", "So emotional", "Didn't we almost have it all" və "Where do broken hearts go" kimi hitlər yer alır.

1992-ci ildə müğənni "Oskar" mükafatını qazanan Kevin Kostnerlə "Mühafizəçi" filmində baş rolda oynayır. Bu eşq hekayəsi bütün dünyada izlənmə rekordları qırır.

Filmdən sonra "I will always love you" adlı sinql çıxaran  Hyuston 20 milyona yaxın satış edir və rekordunu təzələyir.