Uğursuz plastik əməliyyatın eybəcərləşdirdiyi ulduzlar


Digərləri 12 Avq 2018 19:24:00 460 0

Uğursuz plastik əməliyyatın eybəcərləşdirdiyi ulduzlar

Plastik əməliyyat insanın xarici görünüşünü dəyişir, daha cəlbedici edir. Amma bir çox hallarda plastik əməliyyat uğursuz olur. Günümüzdə daha çox ulduzlar, səhnə adamları, sənət adamları plastik əməliyyatlara müraciət edirlər.

Son.az "ölkə.az"-a istinadən plastik əməliyyatın daha da eybəcərləşdirdiyi ulduzların siyahısını təqdim edir.

Silvestr Stallone

Silvestr uzun müddət plastik əməliyyatlar barədə susdu. Amma 1990-cı illərin ortasında artıq üzünü dartdırdığı məlum oldu. 2009-cu ildə isə aktyor bir sıra plastik əməliyyat keçirdiyini etiraf etdi. Dəfələrlə botoksa qaçan Stallone hələ də plastik əməliyyatlardan istifadə edir.

Cennifer Qrey

"Çirkli rəqslər" filmi ilə tanınan, standartlara uyğun olmayaq xarici görünüşü və donqar burnu ilə Cennifer çox populyar ola bilməzdi. Sifət cizgilərini bəyənməyən Cennifer plastik əməliyyat qərarına gəlir. Burun düzəldi, amma xarici görünüşü elə dəyişdi ki, aktrisanı qohumları, pərəstişkarları, prodüserlər tanımadı. Çəkiliş təklifləri dayandı.

Kim Novak

1950-ci illərdə Hiçkokun filmi ilə karyerasına başlayıb. Vaxtilə gözəl sarışın olan Kim itirilmiş gəncliyini qaytarmağa çalışsa da, uğursuz olub. Onun dərisi və üzü eybəcər hala düşüb, burnu tanınmaz haldadır.

Mikki Rurk

Aktyor və boksçu plastik əməliyyatlara olan marağı ilə də məşhurdur. Əsasən boksçu keçmişindən qalan zədələri qaydaya salmağa çalışır. Burnu 5 dəfə əməliyyat olunub. Amma yenə də istənilən nəticəni almayıb.

Meq Rayan Gənclik illərində Meq Hollivudun ən gözəl aktrisalarından idi. İllərlə üz cizgiləri dəyişdi və Meq plastik cərraha müraciət etdi. Dodaqları böyüdülən aktrisanın gülüşü kloun gülüşünü xatırladır. Sonra isə Meq üzü və dərisini də plastik əməliyyat etdirdi. Amma effekt ala bilmədi.


Xəbərə aid fotolar