14 min manat saxta pulu 3700 manata satmaq istəyi:


Digərləri 12 Avq 2018 18:16:00 352 0

14 min manat saxta pulu 3700 manata satmaq istəyi:

Xırdalanda fəhləliklə məşğul olan şəxslər maddi imkanlarını yaxşılaşdırmaq üçün saxta pul kəsməyə qərar veriblər. Saxta əskinaslar hazırlayıblar, satmaq üçün müştəri axtarışına çıxıblar. Amma qurduqları planı həyata keçirə bilməyiblər. İlk cəhddən uğursuzluğa düçar olublar. Pulları "əritmək" üçün müştəri tapmaqda köməklik göstərməsini xahiş etdikləri adamın DİN-ə müraciəti əsasında iş başındaca - Beynəlxalq Avtovağzalın yaxınlığındakı "Görüş" kafesində yaxalanıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul hazırlamaqda və satmaqda ittiham olunan Bərdə rayon sakini 22 yaşlı Elşad Cəfərov, Hacıqabul şəhər sakini 35 yaşlı Ramil Dəmirov və Cəlilabad rayon sakini 36 yaşlı Famil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az bildirir ki, virtualaz.org-un xəbərinə görə, təqsirləndirilən şəxslər saxta pul hazırlayıb satmaq barədə öz aralarında razılığa gəliblər. Əldə etdikləri 100, 50 və 20 manatlıq saxta əskinasları satmağa çalışıblar. Onların 14 min manat saxta pulu 3700 manata satmaq istəmələri barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin Kibercinayətlər, saxta pul, sənəd, mal və məhsulların dövriyyəsinə qarşı mübarizə idarəsinə məlumat daxil olub. Həyata keçirilən əməliyyat zamanı adı çəkilən şəxslər saxta əskinasları şərti alıcıya satmaq istəyərkən saxlanılıblar.

Təqsirləndirilən Elşad Cəfərov ifadəsində fərdi yaşayış evlərində fəhləlik etdiyini, özündən yaşca böyük olan Famil və Ramillə birgə işlədiyi dövrlərdə tanış olduğunu, aralarında münasibət yarandığını göstərib. Dolanışıqlarının çətin olduğunu, maddi sıxıntı içərisində yaşadıqlarını deyən E.Cəfərov dostları ilə söhbət əsnasında pul qazanmağın yollarını axtarıblar: "Famil dedi ki, ən asan yol saxta pul hazırlamaq, satmaqdı. Üçümüz də razılaşdıq. Pulların hazırlanması Ramilə həvalə edildi. Satışını isə Famillə mən həyata keçirəcəkdik. Lazımi avadanlıqlar - rəngli printer, A4 formatlı kağız və s. aldıq. Ramil pulları hazırladıqdan sonra bizə məlumat verəcəyini dedi. Ötən ilin noyabr ayında hazırladığı pulları bizə göstərdi. Pullar əslindən fərqlənmirdi. Lakin saxta pulların önündə olan parlaq nişan solğun idi. Bunu aradan qaldırmaq üçün parıltılı lak vurmağı təklif etdim. Özüm pulların solğun hissələrinə parlaq lak vurdum, sonradan Ramilə qaytardım".

E.Cəfərovun ifadəsinə görə, saxta pullar tam hazır olduqdan sonra müştəri axtarıblar. Hazırlanan 14 min manat pulu 3700 manata satmağı qərara alıblar. Tanıdıqları adamlardan bir neçəsinə təklif etsələr də, saxta pula yaxın duran olmayıb. Təsadüfən Ramal adlı şəxslə tanış olan E.Cəfərov pulları satmaqda onlara köməklik göstərməsini xahiş edib:

"Onun etibarlı insan olduğunu düşünürdüm. Söhbətlərimizin birində məndə saxta pul olduğunu dedim və satmaq üçün müştəri tapmasını istədim. Əvvəlcə inanmadı, qorxdu, amma ciddi olduğumu bildi. Bir neçə gün sonra zəng vurub müştəri tapıb-tapmadığımı soruşduqda "yox" cavabı verdi. Amma sonra gözlənilmədən zəng vurub 14 min manat saxta pul alacağını dedi. Famillə birlikdə Ramildən pulları götürüb Ramalla görüşməyə getdik. "Görüş" kafesindəki otaqlardan birinə keçdik. Saxta pulları sayıb Ramala verdim, əvəzində mənə 3700 manat pul verdi. Ramal otağın qapısını açıb ofisiant çağırırmış kimi kiməsə əl işarəsi verdi. Bu vaxt bir neçə mülki geyimli şəxslər bizi saxladılar".

Əvvəllər dələduzluğa görə həbs olunan Famil Həsənov ifadəsində 2016-cı ildə həbsdən çıxdığını deyib: