Alman klubu baş məşqçi ilə müqaviləni uzatdı


İdman 12 Avq 2018 16:41:00 295 0

Alman klubu baş məşqçi ilə müqaviləni uzatdı

Schalke baş məşqçisi Domeniko Tedesko ilə müqavilənin müddətini 2022-ci ilin iyunun 30-dək uzadıb.

Goal.az-ın xəbərinə görə, bu haqda klubun rəsmi Tvitter səhifəsi məlumat yayıb. 32 yaşlı mütəxəssislə müqavilənin müddəti 2018/19 mövsümünün sonunda başa çatırdı.

Qeyd edək ki, Todesko Schalke-yə ötən yay başçılıq edib. Onun rəhbərliyi altında son mövsüm komanda bundesliqanı 2-ci yerdə başa vurub.