Sürücülərə qarşı reyd keçirilib


Digərləri 12 Avq 2018 16:22:00 236 0

Sürücülərə qarşı reyd keçirilib

Daşkəsən Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsi və 12 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən "Təmiz hava" aylığı çərçivəsində Daşkəsən rayonunda nəqliyyatın sıx olduğu yerlərdə reyd keçirilib.

Son.az bildirir ki, DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Report-a verilən məlumata görə, bu cür reydlərin keçirilməsində məqsəd avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrin atmosferi çirkləndirməsinin qarşısını almaqdır.

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi və ETSN-in əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.