Juventus futbolçusunu icarəyə verdi


İdman 12 Avq 2018 16:18:00 300 0

Juventus futbolçusunu icarəyə verdi

Juventus klubu yarımmüdafiəçisi Stefano Sturaronu icarəyə verib.

Goal.az  Lissabon klubunun rəsmi saytına istinadən xəbər verir ki, Turin təmsilçisi futbolçusunu Portuqaliyanın Sporting klubuna icarəyə göndərib. Lakin müqavilənin müddəti barədə açıqlama verilməyib.

Qeyd edək ki, 25 yaşlı italiyalı futbolçu bir müddət yeni komandasına kömək edə bilməyəcək. Hazırda zədəli olan yarımmüdafiəçinin sağalmasının təxminən 2 ay çəkəcəyi bildirilir.

Sturaro Juventus-a 2014-cü ildə yetirməsi olduğu Genoa-dan transfer olunub.