Xəzəryanı dövlətlərin başçıları Aktau Zirvə toplantısında mətbuata bəyanatlarla çıxış ediblər


Digərləri 12 Avq 2018 16:13:34 254 0

Xəzəryanı dövlətlərin başçıları Aktau Zirvə toplantısında mətbuata bəyanatlarla çıxış ediblər

Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər

Bakı. Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra prezidentlər mətbuata bəyanatlarla çıxış ediblər. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə toplantısında imzalanan Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı və digər sənədləri yüksək qiymətləndirdiyini vurğuladı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında bəyanatla çıxış etdi. Sonra dövlət başçıları birgə foto çəkdirdilər. Bununla da Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı başa çatıb. Xəbər yenilənir Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin