Qarabağ-dan ayrılan futbolçu üçüncü liqa klubu ilə anlaşdı


İdman 12 Avq 2018 15:46:00 310 0

Qarabağ-dan ayrılan futbolçu üçüncü liqa klubu ilə anlaşdı

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılan Yaroslav Deda özünə yeni komanda tapıb.

Goal.az xəbər verir ki, 19 yaşlı hücumçu karyerasını Polşada davam etdirəcək. Ukraynalı futbolçu III Liqa təmsilçisi "Karkoneşe Yelenya Qura" ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Deda "Qarabağ"ın U-19 komandasının üzvü idi.