Çinlə ABŞ arasında gərginlik:


Dünya 12 Avq 2018 15:28:00 292 0

Çinlə ABŞ arasında gərginlik:

Çinlə ABŞ arasında Cənubi Çin dənizində gərginlik yaşanıb.

Son.az xəbər verir ki, ABŞ donanmasının kəşfiyyat təyyarəsi Cənubi Çin dənizinin üzərindən uçduğu üçün bölgədə sənaye adaları quran Çindən xəbərdarlıq siqnalı qəbul edib.

CNN-in xəbərinə görə, ABŞ-ın hərbi təyyarələri "Bura Çindir. Yanlış anlaşılmanın qarşısını almaq üçün dərhal çıxın və uzaq durun" - xəbərdarlığını alıb. Bu xəbərdarlığa qarşılıq olaraq ABŞ tərəfindən "Bu ABŞ donanmasına aid, beynəlxalq hüququn icazə verdiyi, bütün dövlətlərin hüquq və vəzifələrinə hörmət edən hərbi fəaliyyətli bir təyyarədir" cavabını verib.