Maradona yeni məşqçiyə qapını göstərdi


İdman 12 Avq 2018 15:21:00 286 0

Maradona yeni məşqçiyə qapını göstərdi

Brestin Dinamo klubu baş məşqçisi Aleksey Şpilevski ilə yolları ayırıb.

Goal.az-ın Belarus mətbuatına istinadən yaydığı xəbərə görə, Şpilevski bu vəzifəyə ay yarım əvvəl – iyunun 29-da təyin olunmuşdu. Onun rəhbərliyi altında komanda keçirdiyi 7 oyundan 2-də qalib gəlmiş, 3-də heç-heçə etmiş, 2-də isə uduzmuşdu. Onunla yanaşı, komandanın rəisi Yuri Savçenko da istefaya göndərilib.

Xatırladaq ki, Dinamo-nun klubunun direktorlar şurasına əfsanəvi futbolçu Dieqo Maradona rəhbərlik edir.