Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib (FOTO)


Digərləri 12 Avq 2018 15:22:04 241 0

Aktauda Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib (FOTO)

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib.

Bakı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə toplantısında iştirak edib. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Azərbaycan Prezidenti İlham Əliyevi, Rusiya Prezidenti Vladimir Putini, İran Prezidenti Həsən Ruhanini və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu qarşıladı. Sonra V Zirvə toplantısında iştirak edən dövlət başçılarının geniş tərkibdə iclası oldu. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Zirvə toplantısını açdı, tədbirdə imzalanacaq sənədlərin əhəmiyyətindən danışdı. Azərbaycan Prezidenti İlham Əliyev Zirvə toplantısında çıxış etdi. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin