Zaqatalada sel və daşqınların törətdiyi fəsadlar aradan qaldırılır


Digərləri 12 Avq 2018 15:16:00 297 0

Zaqatalada sel və daşqınların törətdiyi fəsadlar aradan qaldırılır

Son günlər Zaqatala rayonunda intensiv leysan yağışları nəticəsində dağ çaylarında yaranan sel və daşqınların törətdiyi fəsadların nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir.

Son.az bildirir ki, bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon fövqəladə hallar komissiyasının sədri Tofiq Əhmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda rayon ərazisindən axan Tala və digər dağ çaylarında sululuq bir qədər azalıb. Rayonun Vöhtala, Höytala, Danaçı, Maqov, Muxax, Zəyəm, Çobankol, Lahıc, Bəhmətli və digər kəndlərində sel və daşqınların yaratdığı fəsadların aradan qaldırılması üçün "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin ağır tonnajlı texnikalarının köməyi ilə lazımi tədbirlər həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində həyətlərə və həyətyanı sahələrə dolan sel suları çəkilir, kəndlərdə həyat tədricən öz axarına düşür.