Milan hücumçusunu icarəyə verdi


İdman 12 Avq 2018 15:00:00 260 0

Milan hücumçusunu icarəyə verdi

Milan hücumçusu Andre Silvanı icarəyə göndərib.

Goal.az xəbər verir ki, Portuqaliya millisinin üzvü Sevilla-da çıxış edəcək. Əndəlüsiya təmsilçisi 22 yaşlı hücumçunu 5 milyon avroya 1 illik icarəyə götürüb. Sevilla mövsümün sonunda 30 milyon avro ödəməklə Silvanı birdəfəlik transfer edə bilər.

Qeyd edək ki, Silva Milan-a ötən mövsüm 38 milyon avro qarşılığında Porto-dan keçib.