Barcelona-nın yeni transferləri nömrələrini seçdilər


İdman 12 Avq 2018 14:35:00 319 0

Barcelona-nın yeni transferləri nömrələrini seçdilər

Barcelona-nın yeni transferləri forma nömrələrini seçiblər.

Goal.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, əfsanəvi Andres İnyestanın 8 nömrəli formasını bundan sonra braziliyalı yarımmüdafiəçi Artur geyinəcək. Malkom isə 14 nömrəli forma altında çıxış edəcək. Bundan öncə “14”ü geyinən Koutinyo isə özünə 7 nömrəni seçib.

Yeni transferlərdən Arturo Vidal 22, Klemen Lenqle isə 15 nömrəli forma ilə oynayacaq.