Hindistanda vəziyyət kritik həddə çatıb


Dünya 12 Avq 2018 13:07:00 248 0

Hindistanda vəziyyət kritik həddə çatıb

Hindistanın Kerala əyalətində şiddətli yağışların səbəb olduğu sellərdə ölənlərin sayı 30-a yaxınlaşıb.

Son.az xəbər verir ki, güclü leysan bənd və çayları daşırıb, magistral yolları dağıdıb, evlərin sel-su altında qalmasına səbəb olub. Bu barədə Qafqazinfo TRT-yə istinadən məlumat yayıb.

Təxminən 54 min nəfər evsiz-eşiksiz qalıb.

7 avqustun bəri yağan yağışlara görə ölkənin müxtəlif bölgələrində fövqəladə vəziyyət elan edilib.

Son.az