Aclıq keçirən Venesuela əhalisi ölkədən qaçır


Dünya 12 Avq 2018 12:11:00 290 0

Aclıq keçirən Venesuela əhalisi ölkədən qaçır

BMT-nin qaçqın idarəsi Ekvadorda hökümətə səfalət və ümidsizlikdən qaçan venesuelalıların axını ilə yardım etmək üçün humanitar əməliyyatlarını artırır.

Son.az bildirir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının təxmininə görə, bu il Kolumbiya sərhədindən Ekvadora 1.5 milyon venesuelalı daxil olub. Bu isə hər gün 3 min insanın sərhədi keçməsinə bərabərdir.

Ali Komissarlıq bildirir ki, Venesuelada çətinliklərin artması ilə avqust ayında bu rəqəm hər gün 4000 insana-dək artıb. Artan qaçqın probleminin qarşısını almaq üçün, Ekvador höküməti çərşənbə günü ölkənin bir neçə vilayətində fövqəladə hal elan edib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sözçüsü Vilyam Spindler bunu yaxşı və zəruri addım adlandırıb.

"BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı Ekvadora əlavə resursların ayrılmasını təmin edəcək bu qərarı alqışlayır və dəstəkləyir. Venesuelıların ölkələrindən Ekvadora axını Latın Amerika tarixinin ən böyük kütləvi axınıdır"- o deyib.