ÖLÜM BAZASI TAPILDI: Uşaqlara öldürməyi öyrədir, terror məşqləri edilirdi –


Digərləri 12 Avq 2018 11:51:00 269 0

ÖLÜM BAZASI TAPILDI: Uşaqlara öldürməyi öyrədir, terror məşqləri edilirdi –

ABŞ-ın Nyu-Meksika ştatında polis həddi-buluğa çatmamış uşaqların qatilliyə öyrədildiyi məşq düşərgəsi aşkar edib.

Son.az "Russian Today"ə istinadən bildirir ki, bazanın rəhbəri, 1993-cü ildə Nyu-Yorkda terror aktında iştirakda şübhəli bilinən, radikal Sirac ibn Vahhac və əlavə 5 nəfər saxlanılıb.

Saxlanılan şəxs uşaqlarla qəddar rəftardan əlavə, öz oğlunun oğurlanmasında da ittiham edilir ki, uşağın qalıqları elə həmin bazada aşkar edilib.

Polis düşərgəni "Biz aclıq çəkirik, bizə yemək və su lazımdır" anonim mesajından sonra aşkar edə bilib.

Məlumat üçün bildirək ki, Kolorado ştatı ilə sərhəddəki səhrada yerləşən bazada 11 nəfər tamamilə taqətdən düşmüş 1-15 yaş arası uşaqlar aşkar edilib.