İndoneziyada zəlzələ nəticəsində


Dünya 12 Avq 2018 11:43:00 223 0

İndoneziyada zəlzələ nəticəsində

İndoneziyanın Lombok adasında baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı 387 nəfərə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İndoneziya Təbii Fəlakətlərin Qarşısının Alınması Agentliyi (BNPB) məlumat yayıb.

Əvvəllər 347 nəfərin həlak olduğu bildirilmişdi.

Agentliyin məlumatına görə, dağılmış binalar altında və torpaq sürüşmələri baş verən ərazilərdə həlak olanlar tam aşkar edilmədiyindən qurbanların sayı daha çox ola bilər. Eyni zamanda, yerli hakimiyyət orqanları tərəfindən ölüm halları barədə tam məlumatların verilmədiyi də istisna edilmir.

BNPB-nin məlumatına görə, zəlzələ nəticəsində 13 min nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 387 min sakin evlərini tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, ötən həftə İndoneziyanın Lombok adası yaxınlığında güclü silsilə zəlzələlər baş verib.


Xəbərə aid fotolar