Balakəndə aşkarlanan alban kilsəsi ilə bağlı sirlər çözülür


Digərləri 12 Avq 2018 10:44:00 307 0

Balakəndə aşkarlanan alban kilsəsi ilə bağlı sirlər çözülür

Ötən il AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Qafqaz Albaniyası xristian abidələrinin arxeoloji tədqiqi ekspedisiyasının rəhbəri, Antik dövr arxeologiya şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent Natiq Alışov tərəfindən Balakən rayonu Tülü kəndi ərazisində yerləşən yerli əhəmiyyətli türbənin Qafqaz Albaniyası xristian abidəsinə məxsus zəng qülləsi olduğu müəyyən edilib.

Son.az bildirir ki, institutdan Trend-ə verilən məlumata görə, ekspedisiya 2-31 iyul 2018-ci il tarixlərində sözügedən abidənin ibadət zalında qazıntı işlərini davam etdirib. Burada bişmiş kərpiclərlə döşənmiş ibadət zalı tam tədqiq olunub, altar hissədə alban xaç altlığının yeri müəyyənləşdirilib.

Zəng qülləsi döşəmə səviyyəsinə qədər qarışıq təbəqədən təmizlənib. Həmçinin yaşayış yerini özündə əks etdirən mühüm tapıntılardan biri - zəng qülləsinin şimal-şərq və cənub-şərq tağlarında ocaq yerləri aşkar olunub.

Cari tədqiqat mövsümündə kilsənin şimal divarında izlənən qapı yerinin dəqiq konturlarının müəyyən edilməsi istiqamətində aparılan tədqiqatlar nəticəsində müəyyən edilib ki, şimal giriş qapısı dörd sütun üzərində inşa edilib və bişmiş kərpiclərdən döşənib. Tədqiqatlar zamanı aşkar edilən döşəmənin üç yerdən şərq-qərb istiqamətində söküldüyü müəyyənləşdirilib.


Xəbərə aid foto