Rus ekspertlər Trampın Ərdoğandan nə istədiyini açıqladı


Dünya 12 Avq 2018 10:33:00 272 0

Rus ekspertlər Trampın Ərdoğandan nə istədiyini açıqladı

ABŞ bir çox məsələdə Türkiyənin fikir yürütmək haqqını tanımağa hazır deyil.

Son.az xəbər verir ki, bunu "Rusiya Todey" kanalına açıqlamasında Rusiya Beynəlxalq Humanitar və Siyasi Araşdırmalar İnstitutunun eksperti Vladimir Bruter söyləyib. Bu barədə Axar.az məlumat yayıb.

O, ABŞ Prezidenti Donald Trampın Türkiyədən idxal edilən alüminium və poladın gömrük vergisinin artırılması qərarının iki ölkə arsındakı vəziyyəti gərginləşdirəcəyini deyib:

"ABŞ şübhəsiz, Türkiyəni Suriyadakı müttəfiqi kimi görür, ancaq ehtimal ki, indi vəziyyət bir qədər dəyişib. Türkiyə ən azından Suriyadakı bütün məsələlərlə bağlı fikir sahibi olduğu üçün ABŞ-ın strateji ortağı deyil. Bu səbəbdən Türkiyə hazırda ABŞ-dan uzaqlaşıb. ABŞ Türkiyənin daha da uzaqlaşmasından qorxaraq əsas məsələlərdə razılaşmaq üçün bir sıra yollar tapmağa çalışacaq".

Trampın uzun müddət Ankaraya güzəşt etməyəcəyini deyən ekspert Vaşinqtonun aktual məsələlərdə müzakirələrdən imtina etməyəcəyindən əmin olduğunu söyləyib:

"ABŞ Türkiyənin Vaşinqtonun təsir dairəsindən sürətlə uzaqlaşmaması üçün bunu etməyə məcbur olacaq".