2,5 metr uzunluğunda köpək balığı


Digərləri 12 Avq 2018 10:21:00 269 0

2,5 metr uzunluğunda köpək balığı

Rusiyanın Primorski diyarı sahillərində keçirilən sualtı ov çempionatının iştirakçısına köpək balığı hücum edib.

Son.az xəbər verir ki, hadisə Böyük Pyotr körfəzindəki Jeltuxin adası yaxınlığında lakedra balığı ovlayan zamanı baş verib. Bu barədə Report məlumat yayıb. 

Dayver üzərindəki silahla balığı vurub, lakin onu köpək balığı götürmək istəyib. Yırtıcı idmançını kürəyindən dişləsə də, kişi xəsarət almayıb.

"O kömək çağırdı, kater yaxınlaşdı, yalnız bundan sonra köpək balığı uzaqlaşdı", - deyə vilayətin Sualtı İdman Federasiyasının prezidenti Dmitri Anaşkin bildirib.