2 min il əvvəl yaşamış insanda bu xəstəlik tapıldı


Digərləri 12 Avq 2018 09:53:00 321 0

2 min il əvvəl yaşamış insanda bu xəstəlik tapıldı

Misirdə qədim məzardan çıxarılan 2 min illik mumiyanın xərçəngdən öldüyü məlum olub.

Son.az xəbər verir ki, mumiya Nyu-Yorkdakı Crous Xəstəxanasında tomoqrafiya ediləndən sonra ayağının alt hissəsində xərçəng olduğu müəyyən edilib.

Müasir dünyada texnologiya və hava çirkliliyi üzündən yarandığı düşünülən xərçəng xəstəliyinin 2 min il əvvəl yaşamış bir şəxsdə aşkar edilməsi elm adamlarını təəccübləndirib.