Prezident İlham Əliyev Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib
Siyasət 12 Avq 2018 09:59:00 276 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərinə səfərə gəlib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, Aktau şəhərinin beynəlxalq hava limanında dövlətimizin başçısını Qazaxıstanın energetika naziri Kanat Bozumbayev və digər rəsmi şəxslər qarşıladılar.
Mənbə: milli.az