Monqolustanda sərnişin qatarı relsdən çıxıb


Dünya 12 Avq 2018 09:21:25 283 0

Monqolustanda sərnişin qatarı relsdən çıxıb

Qəza nəticəsində 6 nəfər xəsarət alıb

Monqolustanın cənub-şərqində sərnişin qatarının relsdən çıxaraq aşması nəticəsində üçü uşaq olmaqla, 6 nəfər xəsarət alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Montsame" agentliyi məlumat yayıb.

Hadisə yerinə xilasetmə orqanlarının əməkdaşları cəlb olunub, qəzanın səbəbləri açıqlanmır.

"Sinhua"nın məlumatına görə, qatarda ümumilikdə 328 sərnişin olub.