Moskvada naməlum şəxs iki polisi yaralayıb


Dünya 12 Avq 2018 08:04:00 378 0

Moskvada naməlum şəxs iki polisi yaralayıb

Rusiyanın paytaxtı Moskvanın cənub-şərqində mağazanı qarət etmək istəyən naməlum şəxs hadisə yerinə gəlmiş iki polis əməkdaşını yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, polisə Volqoqrad prospekti 105-də yerləşən mağazanı naməlum şəxsin qarət etməyə çalışması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis əməkdaşları naməlum şəxsi saxlayıb. Saxlanılma zamanı naməlum şəxs polislərə müqavimət göstərib və iki polisi iti əşya ilə yaralayıb. Daha sonra polis əməkdaşları naməlum şəxsi yaralayıblar. Onların hər üçü xəstəxanaya yerləşdirilib.