Xəzər dənizi ilə bağlı


Digərləri 12 Avq 2018 04:30:00 291 0

Xəzər dənizi ilə bağlı

Dünyanın ən böyük gölü bir çox münasibətlər üçün unikaldır və sirlərlə doludur. 

Son.az oxu.az-a istinadən bildirir ki, 12 avqust beynəlxalq "Xəzər günü" ilə bağlı "Eto Kafkaz" portalı bu sirlərin bəzilərindən danışıb. 

Dəniz və ya göl? 

Xəzər göldür, çünki dünya okeanı ilə heç bir əlaqəsi olmayan qapalı su hövzəsidir. Ancaq onu dəniz adlandırmaq da yanlış deyil. Ölçüsünə (təxminən 390 min kvadrat kilometr), dərinliyinə (1025 metr), duzluluğuna və geologi strukturuna görə bu, dənizdir. Bundan başqa, Xəzər keçmişdə Kumo-Manıç çökəkliyi vasitəsilə Azov dənizi ilə birləşirmiş.

Milyon il əvvəl isə bu yerlərdə Tetis okeanı olub. Xəzər, Qara, Azov və Aral dənizləri, eləcə də, Balaton və Macarıstan gölləri Tetis okeanının qalıqlarıdır. 

Xəzərlər kimlərdir?

Xəzər dənizini müxtəlif cür adlandırırlar: Hirkan, Xvalın, Xəzər, Abeskun, Saray, Sixay, Dərbənd, Tabasaran, Mazandaran, Türkmən, Həştərxan, Xoranasan dənizi...

Xəzərin indiki adı yenidir və Strabonun "Coğrafiya" kitabından bizə məlumdur. Əfsanəyə görə, bu adı eramızdan əvvəl burada yaşayan xəzərlərin əsirləri olan konevodlar qoyub. 

Narnin krallığının Xəzərlər adlandırıldığı ilə bağlı isə yalnız Klayv Steypls Lyuis məlumatlıdır. 

Dəniz niyə "nəfəs alır"?

Tarixçilər bildirirlər ki, Xəzər dənizinin səviyyəsi hər zaman dəyişkən olub - gah qalxıb, gah enib. Xəzərin səviyyəsinin nəzərəçarpacaq dərəcədə, yəni iki metrdən çox qalxması sonuncu dəfə 1978-1995-ci illərdə olub, ancaq yenə Xəzər dünya okeanı səviyyəsindən aşağıda olub. Son dörd ildə dənizin səviyyəsi 30 santimetrədək azalıb, indi isə biz 20 santimetr çərçivəsində qalxma və enmə müşahidə edirik. 

Tarixi xronikalara əsasən, keçmişdə dənizin səviyyəsi daha çox qalxır, miqrasiya və ticarət yollarını, eləcə də, yaşamış məntəqələrini su altında saxlayırmış. İstisna deyil ki, Xəzərin dərinliyində qədim şəhərlərin qalıqları da var. 

Bu qeyri-stabilliyin izahının bir neçə səbəbi var. Alimlərin əksəriyyəti əmindir ki, suyun səviyyəsi iqlim dəyişikliyindən və Xəzəri qidalandıran nəhəng Volqa çayından asılıdır. 

İtil - Xəzər Atlantidası? 

Xəzər xaqanlığının əfsanəvi paytaxtı olan İtil şəhəri, bəzi məlumatlara görə, Volqa çayının deltasında, digər məlumatlara görə, Dağıstanın şimalındakı adada yerləşirdi. Onun axtarışları ilə xeyli arxeoloq məşğul olsa da, İtillə bağlı heç bir iz aşkar edilməyib.

Onun divarlarının Xəzərin dərinliklərində olması mümkündür. Məlumatlara görə, Xəzər xaqanlığının varlığına X-XII əsrlərdə - Xəzərin səviyyəsinin qalxdığı dövrdə son qoyulub. 

İspaniyanın tarixi arxivlərində xaqan Yusifin dostu ispan keşişinə yazdığı məktub saxlanılır:

"Mən çox qocalmışam, ancaq bizim yerli üzümün dadını hələ də xatırlayıram. Ancaq o gözəl məhsulu verən yer batıb. Üzümçülər qalmayıb, onların yerində qamışlar meydana gəlib və bizim adamız batır". 

Bununla bağlı dağıstanlı tarixçi Murad Maqomedov öz kitabında yazıb. 

Xəzər dənizini bir neçə dəfə keçən səyahətçi Yevgeni Qvozdev deyirdi ki, Kalmıkin sahillərində yaxtasında üzərkən 3-4 metr dərinliyində insan əməyi ilə hazırlanmış daşlar görüb. 

Bu barədə Dağıstanın Coğrafiya Cəmiyyətinin rəhbəri Eldar Eldarov məlumat verib. Qvozdev 10 il əvvəl növbəti səyahəti zamanı ölüb.


Xəbərə aid fotolar