Keçmiş ümmətlərə əzabın nazil olmasının əsil səbəbi nə olmuşdu?


Digərləri 11 Avq 2018 23:40:00 319 0

Keçmiş ümmətlərə əzabın nazil olmasının əsil səbəbi nə olmuşdu?

Əgər keçmiş ümmətlər olan: Saleh, Lut, Nuh, Səmud, Ad qövmünü tədqiq etsək, görərik ki, bu ümmətlərin məhv olmasının başlıca səbəbi zülm olmuşdur. Həzrət Lutun (ə) qövmü özlərinə zülm etmişdilər və etdikləri günaha görə həlak olmuşdular.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Şuəybin (ə) qövmü isə çəkidə insanları aldatdıqları üçün özlərinə zülm etdilər və həlak oldular.

Həzrət Nuhun (ə) qövmü, eləcə də Həzrət Musanın (ə) zamanında Firon - imana zülm etdilər və bütpərəstlikdə qərq oldular. O cümlədən, özünü bütləşdirməklə.

"Doğrudan da Biz sizdən öncə müxtəlif əsrlərdə bir-birinin ardınca gələn millətləri zülm edərkən və peyğəmbərlərinin onlara aydın dəlillər gətirmələrinə baxmayaraq, iman gətirmək niyyətində olmadıqları zaman həlak etdik. Biz günahkarlar dəstəsini belə cəzalandırırıq". ("Yunus" 13).

"Beləliklə bu, onların viran və (sakinlərsiz) bom-boş qalmış evləridir! Həqiqətən, bunda (bu hadisədə) bilən bir qövm üçün ibrət nişanəsi vardır". ("Nəml" 52).