Hansı bürc eşqi necə yaşayır… –


Digərləri 11 Avq 2018 23:45:00 419 0

Hansı bürc eşqi necə yaşayır… –

İnsanlar fərqlidir. Deməli onların duyğuları da fərqlidir,hissləri yaşama tərzi də. Astroloqların araşdırmasəna görə, insanların bürcü onların hissləri necə yaşamasına təsir edir. Hansı bürcün eşqi necə yaşadığı haqqında astroloqların proqnozunu təqdim edirik.

Qoç 

Qoç komplimentləri, azad və canlı insanları sevir. Səmimi və aktiv. Bir Qoç ilə birgə olmaq üçün, enerji və eşq həyəcanı ilə dolu olduğunu nəzərə alaraq, Onunla birlikdə gec saatlara qədər yuxusuz qalmağı gözə almaq lazımdır. İntellektual tutumu da son dərəcə yüksək olan Qoçun diqqətini bu sahələrdə fərqliliklər çəkər. Hücum və ehtiraslı bir quruluşu vardır. Bundan başqa, Qoç eşqdə qısqanc ola biləcəyi üçün, tamamilə olmasa belə, partnerinin vaxtının böyük bir hissəsini özünə ayırmasını istər. Qoç özündən bir şeylər istənməsinə, birlikdə olduğu insana rəhbərlik etməkdən, istiqamət göstərməkdən və ağıl verməkdən xoşlanar. Ümumiyyətlə tövsiyələri və fikirləri son dərəcə açıq, heç bir şəkk-şübhəyə yer qoymayan bir tərzdədir. Olduqca dürüst və açıq ürəkli olduğu üçün, duyğularını, fikirlərini yoldaşıyla rahatlıqla və səmimiyyətlə paylaşar. Bir Qoç ilə əlaqəni bitirmək üçün ən yaxşı yol Ona əmrlər verməyə çalışmaqdır. Xüsusilə eşqdə bu cür yanaşmalardan Qoç nifrət edər. İkili əlaqələrdə əmr verən bir tərz, Qoçun bu istəkləri yerinə yetirmək bir yana, qarşısındakını dinləməsinə belə mane olur. Müstəqil bir ruh olan Qoçlar əslində olduqca etibarlı, sevincə sadiq qala bilən və həyəcan verən insanlardır.