Tramp vacib sənədi yeyib


Digərləri 11 Avq 2018 22:24:00 216 0

Tramp vacib sənədi yeyib

ABŞ prezidenti Donald Trampın sabiq köməkçisi Omarosa Maniqol-Nyuman xatirələr kitabında bir dəfə Trampın məxfi sənədi çeynəyərək udduğunu gördüyü barədə söz açıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə sözügedən kitabın bəzi hissələri sərəncamında olan "Washington Post" nəşri məlumat yayıb.

Maniqol-Nyuman yazır ki, 2017-ci ildə vəkili Maykl Koenlə Ağ Evdə görüşdən sonra Trampın vərəqi çeynədiyini görüb.

"Onun kağızı ağzına qoyduğunu gördüm... O, bakteriyalardan çox ehtiyatlandığı üçün, kağızı çeynəyib udmasına təəccübləndim. Yəqin ki, bu çox məxfi sənəd idi", - Maniqol-Nyuman kitabında yazıb.