Yazıçı Mark Tvendən


Digərləri 11 Avq 2018 22:25:00 352 0

Yazıçı Mark Tvendən

Əsl adı Samuel Clemens olan Mark Tven 1835-1910-cu illərdə yaşamış Amerika ədəbiyyatının ən tanınmış yazıçılarından biridir. 17 yaşına qədər qəzetdə işləmiş və daha sonralar ani bir qərarla gəmidə işləməyə başlamışdır.

Son.az moneta.az-a istinadən bildirir ki, 1861-ci ildəki ABŞ vətəndaş müharibəsinə qatılmış, sonra da qızıl axtaranlara qoşulub qənimət arxasınca getmiş Mark Tven macəra dolu bir həyata sahib idi.

"Tom Soyerin macəraları" , "Haklberri Finin sərgüzəştləri", "Missisipidə keçən həyat" kimi əsərlərin sahibi Mark Tven təcrübə dolu həyatı boyunca dediyi 13 sitata göz ataq.

1) "Yaxşı dostlar, yaxşı kitablar, hüzurlu bir vicdan: bax ideal həyat budur".

2) "Xəyallarınızı lağa qoyanlardan uzaq durun! Daxili dünyası kiçik olan insanlar başqalarını da daraltmaq və kiçiltmək istəyərlər".

3) "Bəzi insanlar o işin imkansız olduğunu bilmədikləri üçün bacardılar".

4) "Kədər öz-özünə keçər; amma xoşbəxtliyin tam zövqünü çıxartmaq üçün onu paylaşacağınız bir nəfərin olması lazımdır".

5) "Həyat qısadır. Qaydaları yıx. Bağışla. Qəhqəhə ilə gül. Səni gülümsədən şeylərdən əsla peşman olma".

6) "Heç kim baxmırmış kimi rəqs et, heç inciməmiş kimi sev, heç kimsə eşitmirmiş kimi mahnı oxu, dünya cənnətmiş kimi yaşa".